Tramp: - Ərdoğan barışıq təklifimi qəbul etmədi | Eurasia Diary - ednews.net

6 Aprel, Bazar ertəsi


Tramp: - Ərdoğan barışıq təklifimi qəbul etmədi

Dünya A- A A+

Türkiyədən kürdlərlə (YPG nəzərdə tutulur - red.) saziş imzalamasını, barışmasını istədim, qəbul etmədilər.

EdNews xəbər verir ki, bu barədə "Foks Nyus" kanalına müsahibəsində ABŞ Prezidenti Donald Tramp deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı "Türkiyəni sevən biri" adlandıran Tramp tərəflərin sonradan saziş imzaladığını qeyd edib:

"Türkiyəyə "Mənə bir yaxşılıq edin, kürdlərlə saziş imzalayın, barışın" tələbini irəli sürdüm, əvvəlcə Ərdoğan da, kürdlər də bu tələbi qəbul etmədi. Ancaq daha sonra tərəflər arasında saziş imzalandı".

Qeyd edək ki, sözügedən razılaşmaya əsasən, Türkiyə hərbi əməliyyata fasilə verib, kürd qruplaşmaları isə nəzarət etdiyi bölgədən geri çəkilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...