Ermənistanda 24 saat ərzində 25 nəfər koronavirusa yoluxub.
"EDNews" xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” ölkənin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə istinadən xəbər yayıb.
Beləliklə, Ermənistanda koronavirusa yoluxanların sayı 290 nəfərə çatıb.
36 xəstəyə sətəlcəm diaqnozu qoyulub. Vəziyyətləri ağır olan iki xəstə süni tənəffüs cihazına qoşulub.