Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb | Eurasia Diary - ednews.net

10 Aprel, Cümə


Venesuelada koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb

Dünya A- A A+

Venesuelada koronavirusa yoluxan xəstələrdən ilk ölüm hadisəsi qeydə alınıb.

EdNews TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin vitse-prezident Delsi Rodriguez Karakasda çıxışı zamanı bildirib. 

Ölən şəxsin Araqua ştatının 47 yaşlı sakini olduğunu deyən vitse-prezident onun ailəsinə və yaxınların başsağlığı verib.

Qeyd edək ki, Venesuelada koronavirusa yoluxma ilk dəfə martın 13-də təsdiqini tapıb. Martın 17-də prezident Nikolas Maduro respublika daxilində karantin tətbiq edilməsi barədə qərar elan edib. 

Xatırladaq ki, hazırda ölkədə virusa yoluxanların ümumi sayı 107 nəfərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...