Rusiya Prezident Administrasiyasında koronavirus infeksiyasına yoluxma halı aşkar edilib.
"EDNews"un "RİA Novosti"yə istinadən xəbərinə görə bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin nümayəndəsi qeyd edib ki, bir nəfərdə yoluxma halı müəyyən edilib və Vladimir Putin xəstə şəxslə kontaktda olmayıb.
Peskovun sözlərinə görə, mövcud vəziyyət prezidentin iştirak etdiyi bütün tədbirlərin iştirakçılarının əvvəlcədən koronavirusa görə testlərdən keçirilməsi kimi ehtiyat tədbirlərin vacibliyini bir daha sübut edir.