Hindistanda koronavirusa yoluxanların sayı 979-a çatıb.
EdNews-un TASS-a istinadən xəbərinə görə, son sutkada bu ölkədə 145 yeni yoluxma qeydə alınıb.
Virusa yoluxanların 48-i xarici vətəndaşdır. İndiyədək Hindistanda koronavirusa yoluxanlardan 87 nəfər sağalıb, 25 nəfər ölüb.