Gürcüstanda koronavirusla bağlı mobil tətbiq hazırlanır | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Gürcüstanda koronavirusla bağlı mobil tətbiq hazırlanır

Dünya A- A A+

Gürcüstanda koronavirusla bağlı xüsusi mobil tətbiqin hazırlanması istiqamətində işlər aparılır.

EdNews-un  xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunia bildirib.

Onun sözlərinə görə, mobil telefonlar üçün tətbiqlər müxtəlif ölkələrdə tətbiq olunur:

“Bu cür mobil tətbiqlər koronavirusla mübarizədə vacib komponentlərdən biridir. Belə ki, tətbiq vətəndaşı virusa yoluxan şəxsin yanında olması barədə xəbərdarlıq edir”.

Nazir müavini qeyd edib ki, mobil tətbiqin Gürcüstanda adaptasiyası və texniki dəstəklə bağlı Avstriya tərəfi ilə əməkdaşlıq həyata keçirilir.(report) 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...