Rusiya regionları arasında koronavirusa görə ən yüksək risk qrupu Moskvadadır.
EdNews TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər Meri Sergey Sobyanin açılama verib.
O, bildirib ki, çox sayda insan başqa regionlara Moskvadan keçməklə getdikləri üçün bu şəhər ən çox risk altında qalan ərazi olub.
"Bununla əlaqədar paytaxtda sərt karantin rejimi tətbiq olunub”, - deyə mer əlavə edib.
O, həmçinin vurğulayıb ki, metroda qatarların hərəkət qrafikini maksimum dərəcədə artırıblar ki, sıxlıq olmasın: "Əks halda insanlar çiyin-çiyinə getməli olacaqlar ki, bu da yayılma riskini artırır”.