Belçika hökuməti mərhələli şəkildə koronavirus pandemiyası ilə əlaqədar olaraqölkədə tətbiq edilən ictimai təcrid rejimindən çıxmağa hazırlaşır.
EdNews "RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu krallığın Baş naziri Sofi Vilmes bəyan edib.
"Biz normal həyata qayıdacağımıza ümid edirik...Ölkəni keçid müddətinə hazırlamalıyıq. Bu proses mərhələli şəkildə icra ediləcək”, - deyə S.Vilmes əlavə edib.
Bunun üçün baş nazir həkim, iqtisadiyyatçı və sosioloqlardan ibarət mütəxəssis qrupu yaradılıb.
"Bizi uzun bərpa dövrü gözləyir. Həyat koronavirusdan əvvələ və sonraya ayrılacaq”, - deyə baş nazir vurğulayıb.