İran koronavirusu nəzarət altına ala bilmir | Eurasia Diary - ednews.net

31 May,


İran koronavirusu nəzarət altına ala bilmir

Dünya A- A A+

“İranda COVID-19-u may ayının sonunadək nəzarət altına alacağıq”.

 EdNews xəbər verir ki, bunu İranın səhiyyə naziri Səid Nəməki parlamentdə deputatlara müraciətində bildirib.

“Hazırda koronavirusu nəzarət altına ala bilməmişik. Ancaq xəstəliyin üzərimizə gəlməsini də gözləmirik. İnfeksiya prosesinin uzanması iqtisadiyyata ziyan vurur. Odur ki, səhiyyə ilə bağlı qərarların iqtisadiyyatı çökdürməyəcək qərarlar olmasına çalışırıq”, - o vurğulayıb.

Məlumat üçün bildirək ki, İranda koronavirus infeksiyasına yoluxanların sayı 60500, xəstəlikdən dünyasını dəyişənlərin sayı isə 3739 nəfərə çatıb.

Bu barədə koronavirusla bağlı gündəlik mətbuat konfransı keçirən İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

O bildirib ki, ötən 24 saat ərzində ölkə ərazisində 2274 yeni yoluxma və 136 ölüb.(Mehr Agentliyi)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...