Yeni koronovirus xəstəliyinin (COVID-19) yayılmasının qarşısını almaq üçün görülən işlər çərçivəsində Rusiya Federasiyası Silahlı Qüvvələri antiepidemioloji tədbirlərdə kömək etmək üçün Ermənistana mütəxəssis qrupu göndərib.
"EDNews" tert.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan öz Facebook səhifəsindən məlumat verib.
Stepanyan, Prortativ Laboratoriyalar və zərərsizləşdirmə cihazları ilə təchiz edilmiş xüsusi heyətin çərşənbə axşamı İrəvana gəldiyini bildirib.
Qeyd edək ki, Göndərilən mütəxəsissislər iki ölkənin müdafiə nazirləri arasında əvvəlcədən əldə edilmiş razılaşma çərçivəsində Ermənistandadırlar.