Kennedinin səkkiz yaşlı nəticəsinin meyiti tapıldı - FOTOLAR | Eurasia Diary - ednews.net

31 May,


Kennedinin səkkiz yaşlı nəticəsinin meyiti tapıldı - FOTOLAR

Dünya A- A A+
Amerikalı senator, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı Robert Kennedinin itkin düşmüş nəvəsinin cəsədi dalğıclar tərəfindən aşkar edilib.
 
Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
 
Səkkiz yaşlı Gideon Cozef Kennedi Makkinin cansız bədəni onun anasının meyitinin tapıldığı yerdən 610 metr aralıda, 7,6 metr dərinlikdə tapılıb.
 
Xatırladaq ki, aprelin 2-də 40 yaşlı Meyv Kennedi Tausend Makkin və onun səkkiz yaşlı oğlu Gideon Cozef Kennedi Makkin Çesapik körfəzində qayıqla üzərkən itkin düşüblər.
 
Qadının həyat yoldaşı Devid Makkinin sözlərinə görə, uşaqlar sahilyanı evdə oynadığı vaxt top suya düşüb. Həyat yoldaşı və oğlu topu götürmək məqsədilə qayığa əyləşib və onlardan bir daha xəbər tutmaq mümkün olmayıb.(oxu.az)
 
 
 

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...