ABŞ-da payızda və ya qışda koronavirus yenidən yayıla bilər.
EDNews.net “The Financial Times”-a istinadən xəbər verir ki, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərin rəhbəri Robert Redfildin açıqlamasına əsasən xəbər yayıb.
Mütəxəssislərin fikrincə, mövsümi qripin koronavirusun ikinci dalğası ilə üst-üstə düşə biləcəyi üçün yeni ictimai səhiyyə böhranının qarşısını almaq məqsədilə xəstəliklərə nəzarət etmək qabiliyyətini artırmaq lazımdır.
R.Redfild qeyd edib ki, gələcəkdə belə bir fəlakətin qarşısını almaq üçün ABŞ-ın səhiyyə sisteminə “iki və ya üçqat” sərmayə qoymaq lazımdır.(oxu.az)