Zelenski daha bir gürcüyə YÜKSƏK VƏZİFƏ verdi | Eurasia Diary - ednews.net

25 May, Bazar ertəsi


Zelenski daha bir gürcüyə YÜKSƏK VƏZİFƏ verdi

Dünya A- A A+

Acara muxtar Respublikasının sabiq hökümət sədri Levan Varşalomidze Ukraynanın İnvestisiya Fondunun rəhbəri təyin olunur.

EDNews.net Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, 20 may tarixində baş tutan konfransda prezident Zelenski yaxın vaxtlarda İnvestisiya Fondu yaradılacağını və ona Levan Varşalomidzenin rəhbərlik edəcəyini açıqlayıb.

"Ofis sentyabr ayında açılacaq və ona cənab Levanı sədr olaraq təyin etdik. Cənab Levan Acara hökumətinə sədrlik etdiyi dövürdə, Batumini inşa etmişdir. Qərar verdik ki, şəffaf investisiya fondu fəaliyyət göstərsin və ölkəyə çoxlu sayda investisiyalar cəlb etsin", - deyə Zelenski bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...