Trampdan Rusiyaya tibbi aparatların göndərilməsinin izahı tələb olunur | Eurasia Diary - ednews.net

28 Noyabr, Şənbə


Trampdan Rusiyaya tibbi aparatların göndərilməsinin izahı tələb olunur

Dünya A- A A+

ABŞ Nümayəndələr Palatasında təmsil olunan Demokratlar Partiyasının üzvləri ölkənin Prezidenti Donald Trampdan süni nəfəs aparatlarının Rusiyaya göndərilməsini izah etməyi tələb ediblər.

Komitə sədrləri ABŞ-da koronavirusla bağlı vəziyyətin gərgin olduğu halda Rusiyaya süni nəfəs aparatlarının göndərilməsini ilə bağlı narahatlıq hissini ifadə ediblər. Onların fikrincə, ölkə başçısı vergiödəyicilərin pulunu siyasi dividendlər əldə etmək üçün istifadə edib.

Konqresmenlər qeyd ediblər ki, həqiqətən yardıma ehtiyacı olan ölkələrə tibbi təyinatlı malların göndərilməsinin əleyhinə deyillər, amma həmin “olduqca vacib, xilasedici aparatlar təcili olaraq ABŞ-ın özünə lazımdır”.

ABŞ liderindən iyunun 4-nə kimi başqa ölkələrə tibbi avadanlığın göndərilməsi ilə bağlı məlumatı Konqresə təqdim etmək, həmçinin maliyyələşdirmə mənbəyini açıqlamaq tələb olunub.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...