Aralıq dənizində batan 80-dən çox miqrant xilas edildi | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Aralıq dənizində batan 80-dən çox miqrant xilas edildi

Dünya A- A A+

Tunisin sahil mühafizəsi Aralıq dənizində batan miqrantları xilas edib.

EDNews.net  xəbər verir ki, bu barədə Tunisin “Mosaique FM” radiosu Sahil Mühafizə Xidmətinin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ötən gün Sfaks şəhəri yaxınlığında içərisində 20 nəfərin olduğu qayığın batması barədə məlumat daxil olub. Hadisə yerinə gələn mühafizə xidmətinin əməkdaşları 11 miqrantı xilas edib, bir nəfərin meyitini aşkarlayıb. Digərlərinin taleyi barədə məlumat yoxdur.

Bundan başqa, Kerkenna bölgəsindəki batmış qayıqdan da 70 miqrant xilas edilib. Xilas olunanların əksəriyyəti Afrikada Saharanın cənubunda yerləşən ölkələrin vətədaşlarıdır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...