Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Suriya qoşunları Raqqada bir qrup terrorçunu məhv ediblər

Dünya A- A A+
Suriya ordusunun bölmələri Raqqa əyalətinin cənub-qərbində əməliyyat zamanı İŞİD terror təşkilatının bir qrup üzvünü məhv ediblər.
 
EDNews.net  TASS-a istinadən xəbər verir ki, bu barədə "Al-Masdar" xəbər portalına əməliyyatda iştirak etmiş hərbçi deyib.
 
Onun sözlərinə görə, hökumət qüvvələri Salamiyyə şəhərinin ətrafını tamamilə terrorçulardan təmizləyiblər: "Dəstə üzvləri izlənilib məhv edildi, nəticədə Homsdan Raqqaya və Hamadan Deyr-əz-Zora gedən magistral yolda nəqliyyatın təhlükəsizliyini təmin etmək mümkün oldu"
 
Hərbçi əlavə edib ki, qoşunlar indi bu bölgədə yerləşən neft quyularının təhlükəsizliyini təmin etməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...