İrlandiyada martın 11-dən sonra ilk dəfə son sutka ərzində koronavirusdan ölən olmayıb.
EDNews.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
“Bu gün Sağlamlığın Qorunması Mərkəzinə ölüm barədə heç bir yeni məlumat daxil olmayıb”, qurumun hesabatında deyilir.
Səhiyyə Nazirliyindən bildirilib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 24 698, ölənlərin sayı isə 1,6 mindən çoxdur.