Ukraynalılar Hitleri Moskvaya "gətirdi" | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Ukraynalılar Hitleri Moskvaya "gətirdi"

Dünya A- A A+

Ukraynanın kompüter oyunları yaradıcısı "Starni Qeyms" Adolf Hitlerin Moskva müharibəsində "qələbə qazandıqdan" sonra Qızıl meydanda təşkil etiyi paradın görüntüləndiyi yeni "Strategic Mind: Blitzkrieg" adlı strateji oyununu təqdim edib.

EDNews.net  xəbər verir ki, şirkətin oyuna əlavə etdiyi videoda faşistlərin Lenin mavzoleyi üzərində dayandıqları görünür.

Anonsda isə Hitler ordusunun Avropanı diz çökdürdüyü qeyd edilir.

Məsələ ilə bağlı açıqlama verən rusiyalı senator Frants Klintseviç bu cür layihələrin beynəlxalq hüquqa zidd olduğunu söyləyib:

"Bu, cəza tətbiq olunmalı cinayətdir. Bu səbəbdən belə bir oyunu təbliğ edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər".(Kult.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...