Gürcüstanda ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


Gürcüstanda ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilir

Dünya A- A A+

Tbilisidə metronun fəaliyyəti mayın 29-da bərpa ediləcək.

EDNews.net xəbər verir ki, bu barədə Baş nazir Giorgi Qaxaria bildirib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbi ilə Gürcüstanda avtobusların və metronun fəaliyyəti martın 30-da məhdudlaşdırılıb.

Bundan başqa, Baş nazir bildirib ki, Gürcüstanda bütün ticarət mərkəzləri və hər növ mağazaların fəaliyyəti iyunun 1-dən bərpa ediləcək. Onun sözlərinə görə, həmin tarixdən etibarən ölkə ərazisində açıq havada fəaliyyət göstərən restoranların fəaliyyətini bərpa etməsinə də icazə veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...