ÜST-nin baş direktoru Qlobal Peyvənd Sammitində iştirak edəcək | Eurasia Diary - ednews.net

10 İyul, Cümə


ÜST-nin baş direktoru Qlobal Peyvənd Sammitində iştirak edəcək

Dünya A- A A+

İyunun 4-də Böyük Britaniya hökumətinin təşkilatçılığı ilə COVID-19 virusuna qarşı peyvəndin tapılmasına həsr olunacaq Qlobal Peyvənd Sammitində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus da iştirak edəcək.

EDNews.net  xəbər verir ki, bu barədə təşkilat rəhbəri “Twitter” hesabından bildirib:

“Böyük Britaniya 4 iyun tarixində Qlobal Peyvənd Sammitinə ev sahibliyi edəcək və mən də bu tədbirdə baş nazir Boris Consona qoşulmağı nəzərdə tuturam. Bu sammit Peyvənd Alyansı tərəfindən görülən həyatı mühafizə işlərinə bizim bağlı olduğumuzu bir daha ifadə etmək üçün gözəl fürsət olacaq və COVID-19-a qarşı peyvənd hazır olan kimi onu bərabər şəkildə əldə etməyimizə imkan verəcək”.(report)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...