ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçdi

Dünya A- A A+

ABŞ-da koronavirus qurbanlarının sayı artıb.

Bildirilir ki, Birləşmiş Ştatlarda koronavirusdan ölənlərin sayı 100 mini ötüb. Son məlumatlara görə, COVID-19-dan ölüm hallarının sayı 101 173təşkil edir.

Bütün pandemiya ərzində ABŞ-da koronavirusa ümumi yoluxma sayı 1,7 milyonu ötüb. Xatırladaq ki, daha əvvəl də ABŞ prezidenti Donald Tramp ölkədə 100 min nəfərin koronavirusdan öləcəyini proqnozlaşdırmışdı.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(report)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...