Almaniya kansleri Angela Merkel G7 sammitində birbaşa iştirakdan imtina edib.
EDNews.net xəbər verir ki, bunu Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zayber deyib.
“Federal kansler Prezident Trampa Vaşinqtondakı G7 sammitinə dəvətə görə minnətdardır. Bugünkü vəziyyəti nəzərə alsaq, o, Vaşinqtona səfərdə şəxsən iştirak edə bilməz”, – deyə, Zayber pandemiyanı nəzərdə tutaraq bildirib.(axar.az)