İran işğalçı Ermənistanla ticarət əlaqələrini daha da genişləndirir

Dünya 16:14 30.05.2020

İran işğalçı Ermənistan rejimi ilə son günlər iqtisadi əlaqələrini genişləndirmək istiqamətində bir sıra addımlar atıb.

Bu sahədə İranın Sənaye, Mədən və Ticarət nazirinin müavini və Ticari İnkişaf Təşkilatının rəhbəri Həmid Zadbumla Ermənistanın İqtisadiyyat nazirinin müavini Avaq Avanesiyan və bu ölkənin Tehrandakı səfiri Artaşes Tumanyan arasında video konfrans formatında danışıqlar baş tutub.

Tərəflər görüşdə ikitərəfli ticari əlaqələrin, habelə gömrük sahəsində və regional məsələlərdə əməkdaşlıqların artırılması ilə yanaşı, İranla Ermənistan arasında sənaye, mədən və ticarət sahələrində xüsusi işçi qrupunun yaradılması və məhsul qarşılığında məhsul mexanizminə əsaslanan barter üsulunun tətbiq edilməsi xüsusunda razılığa gəliblər. Həmid Zadbum görüşdə qeyd edib ki, ölkəsi 2020-ci ilin sonlarından Avroasiya İqtisadi Birliyi ilə azad ticarət sahəsində müzakirələrə başlayacaq və razılaşma əldə edildiyi təqdirdə, Ermənistan İranın bu birliklə quru yoldan yeganə əlaqəsi olaraq böyük mənfəət əldə edəcək. İki ölkə rəsmiləri İranla Ermənistan arasında yük maşınlarının hərəkətinin intensivliyi, gələcək həftələrdə keçiriləcək video konfranslara Ermənistanın İqtisadiyyat və İnfrastrukturlar Nazirliklərinin rəsmilərinin də qatılması, iki ölkənin ehtiyac duyduqları əmtəələri barter üsulu ilə bir-birinə satmaları və digər bu kimi məsələləri də müzakirə ediblər. Digər tərəfdən, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Suren Papikyan yaxın günlərdə İranla ölkəsi arasında 3-cü elektrik nəqli xəttinin tikintisinin başlayacağını bəyan edib. Onun sözlərinə görə, gələn 2 həftə ərzində xəttin inşası üçün İrandan Ermənistana 6 nəfərdən ibarət mütəxəssislər heyəti gələcək:”Bu xəttin tikintisinin 2020-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır. Bununla da, İranın Ermənistana qaz ixracatı ölkəmizdən elektrik alışı qarşılığında daha da yüksələcək. Hər iki ölkə bütün sahələrdə, xüsusilə də enerji sektorunda əlaqələrin inkişafı üçün qətiyyətli iradəyə sahibdir və bütün zəruri addımları atır”, – deyə Suren Papikyan əlavə edib.O, sonda ölkəsinin İranla Avroasiya İqtisadi Birliyi arasında körpü rolu oynamaqdan böyük gəlir əldə edəcəyini vurğulayıb. Qeyd etmək lazımdır ki, rəsmi Tehran İrəvan üçün nəfəslik rolunu oynayır. Azərbaycan ərazilərini işğalda saxladığı üçün iqtisadi blokadaya salınan Ermənistana və Dağlıq Qarabağda qurulmuş qondarma rejimə İran daim hər cür dəstək göstərir. Hansı ki, bu addım tez-tez rəsmi Bakının narazılığı ilə müşayiət olunur.(turkustan.info)

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı