Nyu-York merinin qızı saxlanıldı | Eurasia Diary - ednews.net

6 İyul, Bazar ertəsi


Nyu-York merinin qızı saxlanıldı

Dünya A- A A+

ABŞ-ın Nyu-York şəhərinin meri Bill De Blazionun 25 yaşlı qızı Çiara de Blazio 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən nümayişlərdə iştirak etdiyi üçün saxlanılıb.

EDNews.net  xəbər verir ki, bu barədə “NY1” televiziya kanalı məlumat verib.

Kanalın bildirdiyinə görə, merin qızı Brodvey və 12-ci prospektlərin kəsişməsində toplaşan nümayişçilərin içində olub.

Onlar polisin əmrinə tabe olmadıqlarına görə saxlanılıblar.

Lakin Çiara de Blazio qısa müddət sonra istintaq təcridxanasından azad edilib.(azərbaycan24)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...