Daha bir ölkə də sərhədlərini açır | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


Daha bir ölkə də sərhədlərini açır

Dünya A- A A+

Tunis hökuməti iyunun 27-də ölkə sərhədlərini açmaq niyyətindədir.Bu qərar bazar ertəsi Baş Nazir Elias Fəhfahın sədrliyi ilə Koronavirusa Qarşı Mübarizə üzrə Milli Komissiyanın iclasının nəticələrinə əsasən qəbul edilib.

“Sosial-iqtisadi vəziyyət və sanitar şəraitin müzakirəsindən sonra komissiya iyun ayının 27-dən etibarən ölkənin dəniz, hava və quru sərhədlərini açmaq qərarını verdi”, – məlumatda qeyd edilir.

Komissiya, həmçinin ölkə daxilində əhalinin əyalətlər arasında hərəkət məhdudiyyətinin iyunun 4-dən etibarən aradan qaldırılması barədə qərar qəbul edib.

Tunis Səhiyyə Nazirliyinin ən son məlumatlarına əsasən, ölkədə 1 084 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 48-i vəfat edib, 964-ü sağalıb.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...