Meksikada koronavirusa yoluxma ilə bağlı aşkarlanmış halların ümumi sayı 101238 nəfər təşkil edir.
EDNews.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.
“Hazırkı ana qədər Meksika ərazisində təəssüf ki, 11729 insan ölüb”, – deyə Səhiyyə Nazirliyinin Epidemiologiya şöbəsinin başçısı Xose Luis Alomia keçirdiyi mətbuat konfransının gedişatında bildirib.
Son 24 saatda Səhiyyə Nazirliyi COVID-19-la bağlı 1092 ölüm hadisəsini qeyd edib, daha 948 ölüm hadisəsi şübhəli kimi tədqiq olunur. Bundan başqa, daha 3 912 nəfərin testi müsbət nəticələnib.
Meksikada koronavirusa ilk yoluxma 28 fevralda aşkarlanıb.
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.