Yunanıstan hökuməti koronavirusa yoluxduğu halda turistlərin tibbi xərclərini ödəyəcək | Eurasia Diary - ednews.net

4 İyul, Şənbə


Yunanıstan hökuməti koronavirusa yoluxduğu halda turistlərin tibbi xərclərini ödəyəcək

Dünya A- A A+

Yunanıstan hökuməti turistlərin ölkəni ziyarət etdikdə koronavirusa yoluxduqları halda tibbi xərclərini ödəyəcəyini bəyan edib.

EDNews.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə hökumətin rəsmi sözçüsü Stelios Petsas bildirib. O qeyd edib ki, hökumətin əsas məqsədi ölkə vətəndaşlarının və turistlərin təhlükəsizliyini, sağlamlığını təmin etməkdir. S.Petsas diqqətə çatdırıb ki, iyunun 15-dən ölkə turistlər üçün açılır, amma buna baxmayaraq bütün təhlükəsizlik protokollarına riayət olunacaq. Koronavirus ocaqları aşkar olunan kimi xüsusi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi gözlənilir.

Qeyd edək ki, Yunanıstan hökuməti ölkə turizminin dirçəlməsini prioritet məsələlərə daxil edib. Hazırda adalarda və materik Yunanıstanda xəstələrin yerləşdirilməsi üçün xüsusi mobil xəstəxanaların quraşdırılması nəzərdə tutulur, tibb işçilərin artırılması gözlənilir.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...