Sabiq nazirdən şok bəyanat - "Tramp ABŞ-ı parçalamaq istəyir" | Eurasia Diary - ednews.net

13 İyul, Bazar ertəsi


Sabiq nazirdən şok bəyanat - "Tramp ABŞ-ı parçalamaq istəyir"

Dünya A- A A+

Donald Tramp ABŞ-ı parçalamağa çalışır.

EDNews.net xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq Müdafiə naziri Ceyms Mattis deyib.

Qaradərili Corc Floydun polis tərəfindən zorakılıqla öldürülməsinə etiraz olaraq baş qaldıran aksiyalar barədə danışan sabiq nazir Trampın bu müddətdə yetkin liderlik sərgiləmədiyini deyib.

O, irqçiliyə qarşı aksiyalara tam dəstəyini ifadə edib: "Donald Tramp həyatımda gördüyüm ABŞ xalqını birləşdirməyə çalışmayan, buna cəhd edirmiş kimi belə davranmayan yeganə prezidentdir. Bunun əvəzinə, bizi bölməyə çalışır. Yetkin liderlik olmadan keçirdiyimiz 3 ilin nəticələrinə qatlanırıq”.

Sabiq nazir Ağ Ev qarşısındakı etirazçılara polisin sərt müqavimətini də tənqid edib: "Təxminən, 50 il əvvəl orduya qatılanda konstitusiyanı dəstəkləmək və qorumaq üçün and içdim. Əsla eyni andı içən əsgərlərin hər hansı şəraitdə özünü yurddaşlarınının konstitusion haqlarını pozması istiqamətində əmr alacaqlarını xəyal etmədim.

Qeyd edək ki, Ceyms Mattis Trampın Suriyadan ordunu geri çəkmək qərarı ilə razılaşmadığına görə 2018-ci ilin dekabrında istefa vermişdi.(publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...