Kiyev Məhkəməsi Dövlət Təhqiqatlar Bürosuna eks-prezident Pyotr Poroşenkonun məcburi qaydada ifadə verməyə cəlb olunması barədə qərar verib.
EDNews.net Ukrayna KİV-nə istinadən xəbər verir ki, Poroşenko prezidentliyi dövründə ABŞ vitse-prezidenti Co Baydenlə telefon danışığının dinlənilməsi fakıtna görə, şahid ifadəsi verməli olacaq.
Onun ifadəsi iyunun 10-u, yerli vaxtla saat 11:00-da alınacaq. Buna qədər, Poroşenko məhkəmənin dəvətlərinə dəfələrlə qatılmayıb.
Ali Rada deputatı Andrey Derkaç Poroşenko ilə Bayden arasında danışıqların səs yazısını hüquq-mühafizə orqanlarına vermişdi. Həmin danışıqlar zamanı Baş prokuror Viktor Şokinin postunda çıxarılması müzakirə olunur. (Modern.az)