Putin referendumda səs verdi - VİDEO | Eurasia Diary - ednews.net

9 Avqust,


Putin referendumda səs verdi - VİDEO

Dünya A- A A+

Rusiya Prezidenti Vladimir Putin Moskvadakı məntəqələrdən birində Konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı ümumxalq səsverməsində iştirak edib.

EDNews.net “Lenta.ru”ya istinadən xəbər verir ki, Rusiya Prezidenti həmişə olduğu kimi bu dəfə də Rusiya Elmlər Akademiyasında yerləşən 2151 saylı məntəqədə səs verib.

O, bir gün əvvəl hər bir vətəndaşın səs verməsinin vacibliyini qeyd edərək vətəndaşları referendumda iştirak etməyə çağırıb. Bildirib ki, 1993-cü il sənədlərinə düzəlişlər yalnız əksəriyyətin razılığı ilə edilə bilər.

Qeyd edək ki, Rusiyada Konstitusiya dəyişikliklərinə dair  iyunun 25-də başlayan ümumxalq səsverməsi iyulun 1-dək davam edəcək.(qafqazinfo)

 

 

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...