Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat etdi | Eurasia Diary - ednews.net

8 Avqust, Şənbə


Həbib Nurməhəmmədovun atası koronavirusdan vəfat etdi

Dünya A- A A+

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov vəfat edib.

EDNews.net Rusiya mətbuatına istinadən xəbər verir ki, A.Nurməhəmmədov apreldə koronavirus infeksiyasına yoluxaraq xəstəxanaya yerləşdirilmişdi.

Vəziyyəti ağırlaşdığına görə, Dağıstandan Moskvaya aparılan idman mütəxəssisi iki dəfə komaya düşmüşdü.

İyunun 19-da vəziyyəti yaxşılaşdığına görə də evə buraxılmışdı. Lakin az keçmiş onun vəziyyəti yenidən pisləşib, məlum olub ki, infeksiya idman ustasının bir sıra həyati əhəmiyyətli orqanlarını sağalmaz zədələyib.(musavat.com)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...