Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhkəmənin Aya Sofya muzeyinin məscidə çevrilməsi haqda qərarını təsdiqlədikdən sonra xalqa müraciət edib.
EDNews.net Türkiyə mediasına istinadən xəbər verir ki, türkiyəli lider Aya Sofyanın ibadətə açılacağı tarixi açıqlayıb:
“Bu qərarın millətimizə, ümmətə və bütün bəşəriyyətə xeyrili olmasını diləyirəm Aya Sofya məscidinə ödənişli giriş ləğv edilir. Bütün məscidlərimiz kimi Aya Sofyanın da qapıları hər kəsə açıq olacaq.
Ərdoğan muzeyin məscidə çevrilməsinə birmənalı yanaşmayanlara belə cavab verib:
“Memar Sinan Aya Sofyada ən çox əməyi olan insanlardandır. Türk millətinin Aya Sofya üzərindəki haqqı 1500 il əvvəl bu əsəri inşa edənlərdən az deyil. Əksinə, millətimizin bəşər tarixinin ən mühüm mirası arasında göstərilən Aya Sofyadakı haqqı daha çoxdur”. (qafqazinfo)