Beyrutdakı partlayışda ölənlərin sayı 154-ə çatdı | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Beyrutdakı partlayışda ölənlərin sayı 154-ə çatdı

Dünya A- A A+

Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 154-ə çatdı.

EDNews.net xarici KİV-ə istinadən xəbər verir ki, bundan əvvəl 149 nəfərin öldüyü və 5000-dən çox insanın yaralandığı bildirilmişdi.

Qeyd edək ki, avqustun 4-də Livan paytaxtında baş verən güclü partlayış Beyrut dəniz limanı bölgəsini silkələyib. Partlayış nəticəsində  onlarla bina və avtomobili dağılıb və zədələnib, 300 mindən çox insan evsiz qalıb. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayış altı il əvvəl gömrük xidmətləri tərəfindən müsadirə olunan 2700 tondan çox ammonium nitratın anbarda partlaması nəticəsində baş verib.

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...