Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları İrəvan məhkəməsi binasının önündə aksiya keçirib.
Eurasia Diary erməni KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar “Paşinyan qatildir” yazılı plakatlar nümayiş ediblər.
Uzun fasilədən sonra İrəvan məhkəməsində Koçaryan da daxil olmaqla bir neçə yüksək vəzifəli məmurun istintaq prosesi getməkdə davam edir.