ABŞ təzyiqlərinə baxmayaraq, Rusiya-İran siyasi və iqtisadi əlaqələrinin növbəti mərhələyə keçidi baş verir.
Eurasia Diary Mehr agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Dumasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski İranın Rusiyadakı səfiri Kazım Cəlaliyə söyləyib.
Slutski özünün İrana səfərindən və İran parlamentinin rəhbəri Məhəmməd Bağır Qalibafla və Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə görüşündən bəhs edib.
O, bu görüşlərin çox yararlı və konstruktiv keçdiyini bildirib. Slutski görüş çərçivəsində iki ölkə arasında straterji əməkdaşlığın inkişafını müzakirə edib.
O, eyni zamanda ABŞ tərəfindən edilən sanksiyalara baxmayaraq Rusiya-İran əlaqələrinin növbəti mərhələyə keçməkdə olduğunu vurğulayıb.