Jurnalist Robert Vudvord, yeni kitabında ABŞ Prezidenti Donald Trampın Səudiyyə jurnalisti Camal Qaşıqçının öldürülməsi ilə bağlı Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanı ABŞ Konqresinin araşdırmalarından xilas etdiyini söyləyib. Bu barədə Eurasia Diary "Hürriyet"ə istinadən xəbər verir.
Vudvordun gələn həftənin şənbə günü işıq üzü görəcək "Qəzəb" adlı kitabının nüsxəsini alan Business Insider-in məlumatına görə Tramp, vəliəhd Salmanı Qaşıqçının öldürülməsi ilə əlaqədar Konqresdəki istintaqdan xilas edib.
Vudvordun kitabı üçün 18 geniş müsahibə verən Trampın, 22 yanvardakı danışıqlarda Qaşıqçının qətlindən sonra Vəliəhdi xilas etdiyini qeyd edərək, "Konqresin onu rahat buraxmasına səbəb oldum. Onları dayandırmağı bacardım", dediyi iddia edilir.
ABŞ Prezidenti, Vudvord ilə görüşü zamanı "nə demək istədiyini başa düşdüm" deyib və prosesə "müdaxilə etdiyini" bildirib. "Vəziyyət haqqında hər şeyi bilirəm", sözlərini ifadə etdiyi qeyd olunur.
Tramp, Səudiyyə Ərəbistanının ABŞ məhsullarına milyardlarla dollar xərclədiyini vurğulayıb və eyni zamanda ABŞ kəşfiyyatının iddialarına baxmayaraq vəliəhdin günahsız olduğunu bildirib.