Rusiya Kosmik Qüvvələrinin rəhbəri Sergey Surovikin NATO hərbi aviasiyasının Rusiya sərhədlərinə yaxın ərazilərdə uçuşlar aparmasında artım olduğunu qeyd edib.
Bu barədə Eurasia Diary TASS agentliyinə istinadən xəbər verir.
“Əvvəllər biz kəşfiyyat uçuşlarını müşahidə edirdik, lakin bu yaxınlarda hərbi uçuşların sayında artım qeydə almışıq”, deyə Surovikin söyləyib.
O, 28 avqustdan 4 sentyabra qədər ABŞ bombardmançı aviasiyasının Şərqi və Qərbi Avropa üzərində 10-a yaxın tək və qrup uçuşlarının apardığını bildirib.