Bazar günü Çin Müdafiə Nazirliyi ABŞ-ın hərbi ambisiyalarına dair açıqladığı planı beynəlxalq sülhə hədə kimi adlandıraraq qınayıb.
Eurasia Diary Deutsche Welle-yə istinadən xəbər verir ki, Çin Müdafiə Nazirliyinin polkovniki Vu Qiyan ABŞ-ı beynəlxalq iğtişaşaların təşəbbüskarı kimi nəzərdən keçirib.
O, son 20 ildə İraq, Suriya və başqa ölkələrdə ABŞ tərəfindən aparılan hərbi əməliyyatlar nəticəsində 800 min insanın həlak olduğunu və milyonlarla insanın qaçqın düşdüyünü də əlavə edib.
“Özünü daha çox əks etdirən ABŞ hesabtı Çinin normal müdafiə konstruksiyası haqqında yanlış şərhlər verib”, Qiyan söyləyib.
O, eyni zamanda ABŞ tərəfini Çinin hərbi və təhlükəsizlik konstruksiyası barəsində yanlış fikirlər yaymağı kəsməyi və düzgün qiymətləndirmə aparmasını tələb edərək iki ölkə arasında münasibətlərə müsbət fayda sağlamasını bildirib.