Navalnının rəsmi İnstaqram hesabında qeyd olunan məlumata görə alman təhqiqatçılar Navalninin butulkasında zəhər aşkar edib.
Eurasia Diary xəbər verir ki, onun rəsmi hesabında Navalnın təsisçisi olduğu Korrupsiyaya qarşı Mübarizə Fondunun üzvlərinin Navalnının qaldığı otel nömrəsinə gəldiyi videosu paylaşılıb.
Məlumata görə Onlar oteldə Navalnının içdiyi su butulkasını da özləri ilə götürüb.
“Navalnı özünü pis hiss etdikdən sonra, Tomsk şəhərində yerləşən oteldən həmin butulka da daxil olmaqla Navalnının əşyaları götürülüb”, deyə məlumatda yazılıb.
Qeyd edək ki, Navalnının qaldığı oteldə olan su butulkasında "Noviçok" maddəsi aşkar olunub.
"Noviçok" maddəsini hazırlayanlardan biri olan Leonid Rink Ria Novosti-yə danışarkən, o, butulkanın Tomsk otelindən götürüldüyünə şübhə etdiyini bildirib, çünki belə olan halda gərək butulkaya toxunan şəxslər də zəhərlənərdi.
Beləki, Rink maddənin mənbəsinin naməlum olduğunu bildirirb.