ABŞ təkbaşına olaraq İrana qarşı sanksiyalar planını həyata keçirəcəyini bəyan edib.
Eurasia Diary “France 24”ə istinadən xəbər verir ki, ABŞ hətta ona qarşı gələnlərə qarşı ciddi şəkildə tədbir görəcəyini də əlavə edib.
“Bu gün ABŞ İrana qarşı olan bitmiş sanksiyaların tətbiqini yenidən elan edir”, ABŞ Dövlət katibi Mayk Pompeo söyləyib.
Onun sözlərinə görə bu tədbirlər bu gündən etibarən qüvvəyə minəcək.
ABŞ Prezidenti Donald Tramp sanksiyalarına əməl etməyən BMT üzvlərini ciddi tədbirlərlə hədələyib.
Yaxın günlərdə bu “pozucular”a qarşı hansı ölçülər götürüləcəyi də elan ediləcək