Bu gün Şimali Koreyanın lideri Kim Çen In Cənubi Koreyanın hökumət rəsmisinin öldürülməsinə görə üzr istədiyini bildirirb.
Eurasia Diary “Deutsche Welle”yə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi məlumat yayıb.
Kim Çen In bu hadisəyə görə Cənubi Koreyadan üzrxahlıq istəyib və bunun iki ölkə arasında münasibətlərə zərər verməyəcəyinə ümid edib.
Qeyd edək ki, Cənubi Koreyanın Balıqçılıq Nazirliyinin 47 yaşlı rəsmisi münaqişəli sularda dövlətə məxsus qayıqdan itdiyi bildirilib.
Şimali Koreya isə su sərhəddini pozduğuna görə həmin qayığa doğru 10-dan çox atəş açıldığını bəyan edib.
Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri Kim ilə Cənubi Koreya Prezidenti Mun Cae-in arasında qarşılıqlı məktublaşamada Şimali Koreya liderinin hadisəylə bağlı təəssüf hissi keçirdiyini qeyd edib.