Son statistika göstəricilərinə görə Ermənistan və Gürcüstanda sutka ərzində koronavirusa yoluxma halları artıb.
Eurasia Diary xəbər verir ki, son sutka ərzində Ermənistanda 429 və Gürcüstanda isə 296 yoluxma qeydə alınıb.
Virusdan ölənlərin sayı isə Ermənistanda 3 nəfər olub və Gürcüstanda ölüm halı qeydə alınmayıb.
Ümumilikdə koronavirusa yoluxma sayı Ermənistanda 43576-ya çatıb və Gürcüstanda isə 4960-a çatıb.