Gürcüstanda COVID-19 virusu sürətlə yayılmaqda davam edir. Son sutka ərzində ölkədə 1192 nəfərdə koronovirusa yoluxma qeydə alınıb. Bu da ölkədə pandemiyanın başladığı gündən bəri ilk yüksək rəqəmdir.
Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat verilir.
Bildirilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 17 min 477-yə yüksəlib.
Pandemiya qurbanlarının sayı da son sutka ərazində daha 8 fakt artaraq 136-ya çatıb.
Koronavirusdan sağalanların ümumi sayı isə 8060 nəfər təşkil edir.
Hazırda ölkə üzrə 6300 nəfər karantində, 1388 nəfər isə stasionar nəzarətdədir.