Gürcüstanın Zuqdidi şəhərində yerləşən "Bank of Georgia" bankına silahlı şəxslər basqın edib.
Eurasia Diary Agenda.ge saytına istinadən xəbər verir ki, şahidlər güllə səsləri eşidiblər, lakin heç bir yaralının olduğu qeyd olunmur.
Xüsusi təyinatlı qüvvələr bankın binasının çölündə yerləşiblər.
Binanın içərisindən qaçmağa nail olan işçilərdən biri silahlı şəxsin işçilərin yerə yatmağını tələb edərək bir neçə dəfə atəş açdığını söyləyib.