“Biz qalibik, lakin onlar seçkini oğurlamağa çalışırlar”.
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bu barədə ABŞ-da prezident seçkilərində Respublikaçıların namizədi, hazırkı Prezident Donald Tramp “Twitter”də bildirib.
“Biz onlara bunu etməyə icazə verməyəcəyik. Səsvermə başa çatdıqdan sonra səs verilə bilməz! Bu gecə bir açıqlama verəcəyəm. Böyük bir qalibiyyətdir!”, - deyə D. Tramp vurğulayıb.