Gürcüstanda koronavirusun 2,901 yeni halı qeydə alınıb. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Eurasia Diary Gürcüstanın istinadən xəbər verir ki, Gürcüstanda bu vaxt üçün koronavirusun 57,753 halı təsdiq olunub. Bunlardan 42,572 insan sağalıb. O cümlədən bu gün 2,799 pasiyent sağalıb.
Gürcüstanda koronavirusdan daha 34 pasiyent vəfat edib və virusdan ölənlərin ümümi sayı 475-ə çatıb.