Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hərbi sənayesinin inkişafının davam etdiriləcəyini bildirib.
Eurasia Diary Yeni Şafak-a istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Türkiyənin nəhəng Aselsan şirkətinin yeni zavodunun açılışında söyləyib.
"Biz heç bir zaman özümüz istehasl edə biləcəyimiz hərbi məhsulların xaricdən satın alınmasına dözə bilmərik".
"Müdafiə sənayesinə hər cür dəstəyi verməyə davam edəcəyik" Ərdoğan deyib.
O, 2002-ci ildəki 62 müdafiə layihəsi olduğu təqdirdə bu rəqəmin artıq 700-ə yüksəldiyini söyləyib.