Gürcüstanda son sutka ərzində 4,780 yeni yoluxma halı qeydə alınıb və 37 nəfər ölüb.
Eurasia Diary gürcü KİV-lərə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 123,470 nəfərə, xəstəlikdən ölənlərin sayı isə 1,161 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 102,270 nəfərin sağaldığı bildirilir.