Moldovada rus dili ilə bağlı hazırlanan qərar layihəsindən Rusiya məmnunluğunu ifadə edib.
Eurasia Diary TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin sözçüsü Dimitri Peskov Moskvanın postsovet məkanında rus dilinin istifadəsi ilə bağlı məhdudiyyətlərin götürülməsini çox müsbət qarşıladığını bildirib.
"Bu və ya başqa şəkildə, postsovet ölkələrində insanlar rus dilində danışır və danışmağa davam edəcək, rus dilindən istifadə etmək postsovet ölkələrində yaşayanlar üçün təbiidir", Peskov söyləyib.
"Bu səbəbdən insanların üstünlük verdikləri dildə danışmalarınnın qarşısını alan maneələrin aradan qaldırılmasına yönəlmiş bütün hərəkətləri alqışlayırıq".
Qeyd edək ki, dekabr ayının 3-də Moldova rus dilinin etniklər arası kommunikasiya kimi istifadəsinin bərpası ilə bağlı qərar layihəsi hazırladığını bildirib.