Vaksinasiya fəaliyyəti planı üzərində iş, praktiki olaraq başa çatdırılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə məlumatı hökumətin mətbuat xidməti yayır.
Verilən məlumata görə, planın yekun detalları ilə bağlı Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın rəhbərliyi ilə hökumət administrasiyasında növbəti işçi görüş keçirilib.
“Görüşdə vaksin ilə əhalinin əhatə planı və vaksinasiyanın ilk növbədə həyata keçiriləcək hədəf qrupları barəsində məlumat detallı şəkildə müzakirə edilib. Plan həmçinin, vaksinasiya ilə bağlı logistik və əməliyyat məsələlərini əhatə edir.
Sənəd növbəti həftə idarələrarası koordinasiya şurası çərçivəsində müzakirə ediləcək.
Bununla yanaşı, Gürcüstana vaksinasiyanın daxil olunması istiqaməti ilə atılan addımlar barəsində söhbət etdilər. Bir daha qeyd olundu ki, intensiv işlər aparılır ki, ölkəyə vaksin olduqca tezliklə daxil edilsin. Bunun ən əsasə önşərti isə, Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyası və vaksinin beynəlxalq etirafıdır”, – hökumətin mətbuat xidmətinin məlumatında deyilir.